Azərbaycanlı qız erməniyə ərə getdi: Sosial şəbəkələr etiraz edirlər
Dek 15, 2015 07:36 Asia/Baku
-
Azərbaycanlı qız erməniyə ərə getdi: Sosial şəbəkələr etiraz edirlər
Rusiyada yaşayan azərbaycanlı qızın erməni oğlana ərə getməsi ilə bağlı lentə alınan görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Bakı mediaları xəbər verirlər ki, Leyla adlı azərbaycanlı qızın Artyom adlı erməni oğlanla ailə qurması birmənalı qarşılanmayıb.
Belə ki, azərbaycanlı istifadəçilər qızın bu addımını qınayıblar, onların arasında qızın bu addımı dəstəkləyənlər də olub. Onlar bildiriblər ki, millətin fərqi yoxdur, əsas xoşbəxtçilikdir.
Onu da əlavə edək ki, videoda bəyin öz bahalı avtomobilindən tapança ilə atəş açması diqqətdən yayınmayıb.
Qeyd edək ki, erməni oğlanla azərbaycanl qızın ailə quması 2012-ci ildə baş verib, lakin görüntülər sosial şəbəklərdə indi yayılıb və böyük müzakirələrə səbəb olub.
Teqlər