İranın Bakıdakı səfiri: Ticarət mübadiləsinin həcmini artırmaq üçün mövcud maneələr aradan qaldırılmalıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i200874-İranın_bakıdakı_səfiri_ticarət_mübadiləsinin_həcmini_artırmaq_üçün_mövcud_maneələr_aradan_qaldırılmalıdır
İran İslam Respublikasının Azərbaycandakı səfiri deyib: 2015-ci ildə İran və Azərbaycan tərəfindən beynəlxalq şimal-cənub dəhlizinin təkmilləşdirilməsi istiqamətində böyük addımlar atılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2015 08:34 Asia/Baku
  • Möhsün Pakayin
    Möhsün Pakayin

İran İslam Respublikasının Azərbaycandakı səfiri deyib: 2015-ci ildə İran və Azərbaycan tərəfindən beynəlxalq şimal-cənub dəhlizinin təkmilləşdirilməsi istiqamətində böyük addımlar atılıb.

Möhsün Pakayin CBC telekanalı ilə müsahibədə İran və Azərbaycan arasında iki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsi barədə anlaşmanın əldə edilməsiə işarə edərək, deyib: Bu dəmiryolunun çəkilməsi işlərinə artıq başlanılıb və əslində bu, şimal-cənub dəmiryolu dəhlizinin təkmilləşdirilməsi üçün atılan ilk addımdır. Bu, tranzit üzrə əməkdaşlıqlara böyük təkan verəcək.

M.Pakayin İranın regionda tranzit və yüklərin daşınmasını asanlaşdıracaq istənilən layihəni himayə etdiyini deyərək, vurğulayıb: Bu addımlar regionun iqtisadi baxımdan çiçəklənməsinə kömək edəcək.

Səfir daha sonra İran və Azərbaycanın müştərək iqtisadi komissiyasının Tehran iclasının yaxınlaşmasına işarə edib və deyib: iqtisadi əlaqələrin inkişafı yolunda duran maneələrin aradan qaldırılması Tehran iclasının başlıca məqsədlərindən biridir.

O, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsini vacib adlandırıb və deyib: mövcud maneələrdən biri gömrük və yüklərin daşınması qiymətlərinin yüksək olmasıdır.

Möhsün Pakayin kömrüklərin iş saatlarının artırılmasını və 24 saatlıq iş rejiminə keməsini İran və Azərbaycan arasındakı gömrüklərin daha da aktivləşdirilməsi üçün zəruri hesab edib.

İran səfiri bank mübadilələri və pul köçürmələrində mövcud olan maneələrin də aradan qaldırılmasına təkid edib.

Pakayin həmçinin, iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinə işarə edib və deyib: İran və Azərbaycan arasında Svap yolu ilə qaz mübadiləsinin həcminin artırılması məsələsi də hazırda müzakirə mövzularındandır.

O, Azərbaycan nefti və qazının İran yolu ilə digər ölkələrə Svap edilməsini mümkün adlandırıb və deyib: Hal hazırda bu məsələ hər iki ölkə tərəfindən araşdırılır.