Azərbaycanda korrupsiya
Dek 16, 2015 18:31 Asia/Baku
Azərbaycan mediaları Vergilər Nazirliyinin 700 əməkdaşının cəzalandırılmasından xəbər veriblər.
Publika saytının verdiyi məlumata görə, Azərbaycanın vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, bu nazirliyin 700 əməkdaşı korrupsiya, rüşvətxorluq və səlahiyyətlərindən sui-istifadəyə görə cəzalandırılıb.
Bu məlumata görə, nazirliyin 11 yüksək rütbəli rəsmisi də işdən kənarlaşdırılıb.
Xatırladaq ki, ötən aylar ərzində Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də təqribən 300 nəfər tutduğu vəzifədən azad edilib.