Dek 16, 2015 19:28 Asia/Baku
  • Eldəniz Quliyevin şikayəti təmin edilməyib
    Eldəniz Quliyevin şikayəti təmin edilməyib

Bu gün Azərbaycanın Ali Məhkəməsi Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin kassasiya şikayətini təmin edilməyib.

Daxili işlər naziri Ramil Usubovun vəkili Əlirza Həbilovun APA-ya verdiyi məlumata görə, məhkəmə kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra, R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə R. Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir.

Hökmdən narazı qalan E. Quliyev isə apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədiyindən o, kassasiya şikayəti verərək hökmün ləğv edilməsini istəyib.

Teqlər