ABŞ-ın Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq etməsi rəsmi Bakını hiddətləndirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i200948-abŞ_ın_azərbaycan_rəsmilərinə_qarşı_sanksiya_tətbiq_etməsi_rəsmi_bakını_hiddətləndirib
ABŞ Konqressi Azərbaycanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Artıq bununla bağlı qanun layihəsi Konqresə təqdim olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 07:07 Asia/Baku
  • ABŞ-ın Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq etməsi rəsmi Bakını hiddətləndirib
    ABŞ-ın Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq etməsi rəsmi Bakını hiddətləndirib

ABŞ Konqressi Azərbaycanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Artıq bununla bağlı qanun layihəsi Konqresə təqdim olunub.

“Azərbaycanda Demokratiya Aktı” (“Azerbaijan Democracy Act”) adlı qanun layihəsininin təqdimatında deyilir ki, qanun layihəsi Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalifət siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün uzun illər ərzində göstərdiyi sistemli cəhdlərdən sonra təqdim olunur.

Azərbaycan XİN-in Mətbuat katibi Hikmət Hacıyev sözügedən sənədi şərh edərkən bildirib ki, "Azərbaycan Demokratiya aktı" layihəsi adlı sənəd tam şəkildə antiazərbaycan xarakter daşıyır və qəbuledilməzdir.

H.Hacıyev bildirib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ konqresinə keçirilməsi planlaşdırılan seçkilərin ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur.

Hacıyev bildirib: Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub.