Nardaran hadisəsində həbs olunanlarla vəkillərin görüşü qadağan edilib
Nardaran hadisəsində həbs olunanlarla onların vəkillərinin görüşü qadağandır.
Səhər Beynəlxalq Televiziyasının Turan İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin vəkili Cavad Cavadov jurnalistlərə verdiyi açıqlamada deyib: Azərbaycan Respublikasının qaunlarına zidd olaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məhbusların 24 saatdan çox saxlanılması qadağandır və məhbuslar 24 saat dindirildikdən sonra həbsxanaya köçürülməlidirlər. Müvəkkilim 3 həftədən çoxdur ki, bu idarədə saxlanılır.
Cavad Cavadov həmçinin əlavə edib: Tale Bağırzadə ilə görüş, işgəncə və onun həbsxanaya köçürülməməsi barədə şikayət tənzimlənib və Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralovan göndərilib.
Cavad Cavadovun sözlərinə görə, Apelyasiya Məhkəməsində Tale Bağırzadənin bədənində işgəncə əlamətləri müşahidə olunmuşdur və bu məhkəmədən sonra işgəncənin nişanələrinin müəyyənləşməsi ilə vəkili ilə görüşməsinə icazə verilməmişdir.
Azərbaycan Respublikası təhlükəsizlik qüvvələrinin 26 noyabrda Bakı şəhərinin Nardaran qəsəbəsində əzadarlara hücumunda Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə və onlarla islamçı həbs olunub.