İran-Azərbaycan birgə iqtisadi komissiyasının iclası sabah Tehranda keçiriləcək
Dek 20, 2015 10:15 Asia/Baku
-
İran-Azərbaycan birgə iqtisadi komissiyasının iclası sabah Tehranda keçiriləcək
Sabah Tehranda İran-Azərbaycan birgə iqtisadi komissiyasının iclası keçiriləcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu xəbəri verib və deyib: Bu iclasın sonunda iki ölkə arasında əməkdaşlıqlarla bağlı bir memorandum imzalanacaq.
O, İranın ticarət palatasının təşəbbüsü ilə Tehran və daha sonra Təbriz şəhərlərində iki ölkənin iş adamlarının iclasının təşkil ediləcəyindən də xəbər verib.
İran rəsmiləri ilə görüş İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinin səfər proqramında yer alan digər məsələlərdəndir.
İrana səfər edəcək Azərbaycan heyətinə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev başçılıq edəcək.
Şahin Mustafayevi bu səfər zamanı 80 nəfərlik bir nümayəndə heyəti müşayiət edəcək.
Teqlər