Azərbaycanda dərman vasitələrinin qiymətinə yenidən baxılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i201141-azərbaycanda_dərman_vasitələrinin_qiymətinə_yenidən_baxılacaq
Azərbaycanda qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətlərinə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Tarif Şurası tərəfindən yenidən baxılacaq, uyğunlaşdırma aparılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2015 16:24 Asia/Baku
  • Azərbaycanda dərman vasitələrinin qiymətinə yenidən baxılacaq
    Azərbaycanda dərman vasitələrinin qiymətinə yenidən baxılacaq

Azərbaycanda qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətlərinə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Tarif Şurası tərəfindən yenidən baxılacaq, uyğunlaşdırma aparılacaq.

Bu barədə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

A. Əliyev qeyd edib ki, Tarif Şurasının dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qərarlarından sonra dərmanların qiyməti kəskin şəkildə - 2-3 dəfədən çox, bəzi dərman vasitələrində 5-10 dəfəyə qədər azaldılıb: "Tarif Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin manatın yeni məzənnəsinə uyğunlaşdırılacaq qiymətləri tənzimləmədən əvvəlki qiymətdən yenə də dəfələrlə aşağı olacaq. Dərmanların qiymətinin tənzimlənməsi ilə əlaqədar layihənin sosial əhəmiyyəti yenə də mühüm olaraq qalır".

Qeyd edək ki, dünən Azərbaycanda həyata keçirilən 2-ci devalvasiyanın ardınca manatın məzənnəsi dollar müqabilində 50%-ə yaxın dəyər itirib. Bu, ölkəyə xaricdən idxal edilən məhsulların o cümlədən dərman vasitələrinin qiymətlərinə təsirsiz ötüşməyəcək.