Azərbaycanda dollar və avronun bahalaşması davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i201154-azərbaycanda_dollar_və_avronun_bahalaşması_davam_edir
Bu gün dekabrın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2015 06:27 Asia/Baku
  • Azərbaycanda dollar və avronun bahalaşması davam edir
    Azərbaycanda dollar və avronun bahalaşması davam edir

Bu gün dekabrın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən dolların rəsmi məzənnəsi dekabrın 22-si ilə müqayisədə 0,08% və ya 0,0012 manat artaraq 1,5523 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,23% və ya 0,0039 manat artaraq 1,6978 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,92% və ya 0,0002 manat bahalaşaraq 0,0219 manat olub.