Mustafayev: Bakı Tehranla əlaqələrin genişlənməsinə xüsusi önəm verir
-
Mustafayev: Bakı Tehranla əlaqələrin genişlənməsinə xüsusi önəm verir
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri deyib: Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikası ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Şahin Mustafayev Təbrizin Pars otelində İran və Azərbaycan Respublikasının müştərək iqtisadi və ticarət iclasında bildirib: Buna əsasən ötən iki ildə 50 iranlı və azərbaycanlı heyət qarşılıqlı olaraq səfərlər edib və görüşlər keçirib.
O əlavə edib: Azərbaycan Respublikası hökumətinin siyasi iradəsi İranla əlaqələri möhkəmləndirmək və anlaşmaları icra etməkdir və müştərək din və mədəniyyət iki tərəfin münasibətlərinin güclənməsinə təkan verir.
Mustafayev deyib: Azərbaycan Respublikası enerjisinin İran vasitəsi ilə nəql olunması, İran dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi, quru nəqliyyatı və əlaqə yolları şəbəkəsinin genişləndirilməsi, viza xərcinin azaldılması, gediş-gəliş xərclərinin azaldılması, İran və Azərbaycan Respublikasının Astara və Biləsuvar gömrüklərinin fəaliyyətlərinin artırılması, iki ölkədə kənd təsərrüfatı sahəsində investisiyanın artırılması üzrə işçi qrupunun təşkil olunması ikitərəfli əməkdaşlıqların sahələri və anlaşmalarıdır.
O həmçinin turizm sektorunda əməkdaşlığı da əməkdaşlıq sahələrindən adlandırıb və əlavə edib: İki ölkə arasında qarşılıqlı əməkdaşlıqlar imkanı mövcuddur.
Mustafayev ictimaiyyət, mədəniyyət, universitet və səhiyyə sektorlarında ikitərəfli münasib potensialların olduğuna toxunub və deyib: İranda tibb sahəsində yaxşı təcrübələr vardır və bu, səhiyyə əlaqələrinin güclənməsinə şərait yarada bilər.
İran və Azərbaycan Respublikasının qeyri-neft sektorunda illik ticarət dövriyyəsinin həcmi 500 milyon dollar və ümumilikdə neft və qeyri-neft sektorunda 1 milyard dollardan çoxdur.