Əli Həsənov: "Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır”
-
Əli Həsənov: "Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır”
“Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hölkumətinin müvafiq konsepsiyası var”. Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir. Bu barədə APA məlumat verib.
Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər: "Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır”.