MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi həbs olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i201323-mtn_nin_anti_terror_mərkəzinin_sabiq_rəisi_həbs_olunub
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2015 06:51 Asia/Baku
  • MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi həbs olunub
    MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi həbs olunub

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi həbs olunub.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası rəsmiləri Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin həbs olunduğunu bildiriblər.

Bundan öncə öz vəzifəsindən kənarlaşdırılan Quliyev Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəhbəri olaraq fəaliyyət göstərirdi.

Hələlik Quliyevin həbs olunma səbəbi bəlli deyil. Lakin onun sabiq müavini İlqar Əliyev 20 dekabrda Bakıda təcridxanada intihar edib.