Azərbaycan-İran həmkarlığı iki ölkənin siyasi iradəsilə genişlənir
-
Azərbaycan-İran həmkarlığı iki ölkənin siyasi iradəsilə genişlənir
Azərbaycan Respublikasının media qrupunun başçısı deyib ki, Azərbaycan Respublikası və İran başçılarının siyasi iradəsi həmkarlıq səviyyəsinin yüksəlişinə yönəlib.
IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının media qrupunun başçısı Murtuz Bünyadov bu ölkənin media heyətinin İranın Məşhəd meri ilə görüşündə əlavə edib: İranın Azərbaycan Respublikasındakı səfirinin təşəbbüsü ilə qərara alınıb ki, hər dəfə Azərbaycan Respublikasından media mənsublarının bir qrupu İrana səfər edib, məlumat əldə edərək, İranı Azərbaycan Respublikası xalqına təqdim etsin ki, bu dəfə Xorasane Rəzəvi ostanına səfər planlaşdırılıbdır.
Bünyadov sonra deyib: Bu gün Azərbaycan Respublikasında hər üç nəfərdən biri Məşhədə səfər edir və Azərbaycan Respublikası xalqının ürək arzusu budur ki, öz ömründə bir dəfə şiələrin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın pak ziyarətgahını ziyarət etsin.
Məşhədin meri Soulət Mortəzəvi də deyib: İslami ölkələr bir neçə qəlbdə olan bir candır ki, can elə həmin Allahın birliyinə inam, mədəni ortaqlıqlar və forma da, zərurət əsasında ölkələri bir-birindən ayırmış siyasi coğrafiyadır.