İran və Azərbaycan yük maşınlarının keçməsi üçün 5 min icazənin verilməsi üzrə razılaşıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i202001-İran_və_azərbaycan_yük_maşınlarının_keçməsi_üçün_5_min_icazənin_verilməsi_üzrə_razılaşıblar
İranın Yol və Nəqliyat Təşkilatının Tranzit və Sərhəd Terminalları İdarəsinin baş direktoru Məhəmməd Cavad Ətrçiyan Tehran və Bakının iki ölkənin yük maşınları üçün 160 dollarlıq ödəmə olmadan ildə 5 min icazə sənədinin mübadiləsi üçün razılıq əldə etdiyini və bu layihənin 20 dekabrdan icra olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 09:43 Asia/Baku
  • İran və Azərbaycan yük maşınlarının keçməsi üçün 5 min icazənin verilməsi üzrə razılaşıblar
    İran və Azərbaycan yük maşınlarının keçməsi üçün 5 min icazənin verilməsi üzrə razılaşıblar

İranın Yol və Nəqliyat Təşkilatının Tranzit və Sərhəd Terminalları İdarəsinin baş direktoru Məhəmməd Cavad Ətrçiyan Tehran və Bakının iki ölkənin yük maşınları üçün 160 dollarlıq ödəmə olmadan ildə 5 min icazə sənədinin mübadiləsi üçün razılıq əldə etdiyini və bu layihənin 20 dekabrdan icra olunduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının CBC telekanalına istinadla verdiyi məlumata görə, Məhəmməd Cavad Ətrçiyan deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası Tehranda iki ölkənin 10-cu Müştərək İqtisadi Komissiyasının iclasında nəqliyyat rüsumlarının azaldılması üzrə razılıq əldə etdilər. Bu razılaşma cari il 20 dekabrdan ayda 500 keçid icazəsi sənədinin mübadiləsi ilə iki ölkə arasında yol rüsumlarını azaldır.

Ətrçiyan əlavə edib: Bu icazələr ölkənin Azərbaycana çıxışında Rusiya və Belarus vasitəsi ilə Mərkəzi Avropaya nəzərdə tutulan məhsulların ixracının nəqli üçün güzəştlərdən istifadə etmək istiqamətində yük maşınlarına verilir.

İran və Azərbaycan Respublikasının 10-cu Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının iclası İran İslam Respublikasının rabitə və informasiya texnologiyalar naziri və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin başçılığı ilə cari il dekabrın 20-də Tehranda keçirildi.