Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i202077-azərbaycanın_aŞpa_dakı_nümayəndə_heyətinin_tərkibi_dəyişdirilir
Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi dəyişdirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 13:39 Asia/Baku
  • Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir
    Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir

Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi dəyişdirilir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin hazırkı sədri Səməd Seyidov bildirib.

Hər parlament seçkilərindən sonra nümayəndə heyətinin tərkibinin yeniləndiyini deyən S. Seyidov bildirib ki, bu dəfə tərkibdə dəyişiklik olacaq və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən bununla bağlı yanvarın 15-dən sonra AŞPA-ya məktub göndəriləcək: “Bundan sonra nümayəndə heyətinin yeni tərkibinin kimlərdən ibarət olduğu açıqlanacaq. Hələlik onu deyə bilərəm ki, yeni tərkibində indiki ilə müqayisədə bir neçə dəyişiklik olacaq”.