Azərbaycan bəzi ölkələrdə səfirlikləri bağlayır
https://azeri.sahartv.ir/news/azərbaycan-i202084-azərbaycan_bəzi_ölkələrdə_səfirlikləri_bağlayır
Azərbaycan Respublikasının Latın Amerikası və Afrika və ərəb ölkələrində fəaliyyət göstərən bir sıra səfirlikləri bağlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 13:59 Asia/Baku
  • Azərbaycan bəzi ölkələrdə səfirlikləri bağlayır
    Azərbaycan bəzi ölkələrdə səfirlikləri bağlayır

Azərbaycan Respublikasının Latın Amerikası və Afrika və ərəb ölkələrində fəaliyyət göstərən bir sıra səfirlikləri bağlanacaq.

Barədə diplomatik mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, bəzi səfirliklərin bağlanması, bəzilərinin isə birləşdirlməsi gözlənilir.

Buna səbəb isə həm maliyyəyə qənaət edilməsi, həm də qeyd edilən bu regionları əhatə edən bəzi səfirliklərin fəaliyyətini doğrultmamasıdır.

Qeyd edək ki, son illər Azərbaycanın bir sıra Latın Amerikası və Afrika ölkələrində yeni səfirlikləri açılıb.

Hazırda Azərbaycan Respublikasının Kuba, Meksika (Kolumbiya, Panama, Honduras, Peru, Kosta Rika və Qvatemala da akkreditə olunub), Argentina (Uruqvay, Çili, Boliviya və Paraqvayda da akkreditə olunub), Braziliyada (Ekvador, Surinam, Qayana və Trinidad-Tobaqoda da akkreditə olunub) səfirlikləri, ötən il Kolumbiya, Uruqvay, Çili, bu il isə Peruda diplomatik ofisləri təsis edilib.

Həmçinin, Azərbaycanın Afrika ölkələri olan Misir, Mərakeş (Tunis, Mali, Qambiya, Portuqaliya, Seneqal və Mavritaniya akkreditə olunub), Efiopiya, Cənubi Afrika Respublikasında səfirlikləri fəaliyyət göstərir.

Amma hələlik bunlardan hansının bağlanacağı barədə dəqiq məlumat yoxdur.

Məlumata görə, bu günlərdə Azərbaycan prezidentinin geri çağırdığı bir sıra ölkələrdəki səfirlərinin bəzilərinin yerinə təyinat olmayacaq və həmin ölkələrdəki səfirliklərin fəaliyyəti dayandırılacaq.