Azərbaycanda nazirliklərdə kütləvi ixtisarlara start verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i202104-azərbaycanda_nazirliklərdə_kütləvi_ixtisarlara_start_verildi
Maliyyə böhranı hökuməti dövlət qurumlarında ixtisarlar həyata keçirməyə məcbur edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 15:17 Asia/Baku
  • Azərbaycanda nazirliklərdə kütləvi ixtisarlara start verildi
    Azərbaycanda nazirliklərdə kütləvi ixtisarlara start verildi

Maliyyə böhranı hökuməti dövlət qurumlarında ixtisarlar həyata keçirməyə məcbur edib.

İstiqlal.az-ın verdiyi məlumata görə, artıq bütün nazirliklərə işçilərin 30 faiz ixtisara salınması barədə göstəriş verilib.

Bildirilir ki, proses növbəti ilin mart ayına qədər çəkəcək.

Məlumata görə, bəzi qurumlarda ixtisarlar struktur dəyişikləri ilə həyata keçiriləcək.

Xəbərdə qeyd olunur ki, yalnız hüquq-mühafizə orqanları bu prosesdən kənarda saxlanılacaq.