İran-Azərbaycan ticarət mübadilələri həcmi 12% artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i202212-İran_azərbaycan_ticarət_mübadilələri_həcmi_12_artıb
İranın Azərbaycan Respublikasındakı səfiri deyib ki, cari milad ilində iki ölkə arasındakı ticarət mübadilələri həcmi 12%-lik artımı göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2015 07:23 Asia/Baku
  • İran-Azərbaycan ticarət mübadilələri həcmi 12% artıb
    İran-Azərbaycan ticarət mübadilələri həcmi 12% artıb

İranın Azərbaycan Respublikasındakı səfiri deyib ki, cari milad ilində iki ölkə arasındakı ticarət mübadilələri həcmi 12%-lik artımı göstərir.

Möhsün Pak Ayin cari milad ilində iki ölkə arasındakı ticarət mübadilələri həcmini bir milyard dollardan yuxarı elan edib və belə deyib: Bu miqdardan neft bölməsinin payı 500 milyon dollar, qeyri-neft bölməsinin payı isə 600 milyon dollar olubdur ki, 2014-cü illə müqayisədə 12 faizlik artımı göstərir və nəzərdə tutulub ki, bu rəqəm gələn illərdə artsın və iki ölkənin iqtisadi imkanları bu məsələni mümkün edir.

İran səfiri 2015-ci ili qarşılıqlı əlaqələrdə uğurlu il adlandırıb və belə deyib: Cari il boyu nazrilər səviyyəsində 18 dəfə qarşılıqlı səfər və görüşlər həyata keçirilib. İran-Azərbaycan Respublikası müştərək iqtisadi komissiyasının onuncu iclası iki ölkənin iş adamlarının iştirakı ilə Təbriz və Tehran şəhərlərində keçirilib.

Onun sözlərinə görə, İran ilə altılıq arasında nüvə anlaşmasının əldə olunmasından sonra Azərbaycan Respublikası ilk qonşu ölkələrdən olubdur ki, öz heyətini həmin ölkənin iqtisadiyyat və sənaye nazirinin başçılığı ilə İrana göndərib. Bu, iki ölkə arasındakı dostcasına əlaqələrin nəticəsidir.

İran səfiri əlavə edib ki, bu il İran ilə Azərbaycan Respublikası arasında dəmir yollarının qovuşması haqda razılaşma əldə olunub. Onun sözlərinə görə, iki ölkə arasında hərbi həmkarlıqlar üzrə müştərək komissiyanın yaradılması barədə razılığın əldə olunması 2015-ci ilin ən mühüm hadisələrindən olubdur.

O, İran ilə Azərbaycan Respublikası arasında dəniz sərnişin nəqliyyat xəttinin işə salınmasını və Bakı-Təbriz uçuşlarının bərpasını 2016-cı ildəki əsas hədəflərdən adlandırıb.

Səfirin sözlərinə görə, İran-Azərbaycan Respublikası əlaqələri mədəniyyət sahəsində də yüksəlişə malik olub. Belə ki, İran bu il bir milyondan çox azərbaycanlı turisti qəbul edib. Həmçinin gələn ildə İranda Azərbaycan Respublikasının, Azərbaycan Respublikasında da İranın mədəniyyət həftəsi keçiriləcək.