İran və Azərbaycanın müştərək istehsalı builki Fəcr Festivalında səhnələşəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i203064-İran_və_azərbaycanın_müştərək_istehsalı_builki_fəcr_festivalında_səhnələşəcək
İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək əsəri çərçivəsində "İlan Sultan" tamaşası builki Beynəlxalq Fəcr Festivalında iştiraka hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 08:40 Asia/Baku
  • İran və Azərbaycanın müştərək istehsalı builki Fəcr Festivalında səhnələşəcək
    İran və Azərbaycanın müştərək istehsalı builki Fəcr Festivalında səhnələşəcək

İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək əsəri çərçivəsində "İlan Sultan" tamaşası builki Beynəlxalq Fəcr Festivalında iştiraka hazırdır.

Bəhram Beyzayinin ssenarisi, Xeyrullah Təqyanipurun rejissorluğu və Azərbaycanın teatr aktyorlarının iştirakı ilə hazırlanan bu tamaşa Azərbaycan dilində builki Beynəlxalq Fəcr Festivalında səhnələşəcək.

Azərbaycan Respublikasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bu barədə deyib: Bu tamaşada Azərbaycanın 12 aktyoru rol alacaq.

Bu incəsənət əsərinin rejissoru Xeyrulla Təqyanipur da deyib: Bu əsər sonradan Bakıda və Türkiyə, Özbəkistan, Qazaxıstan kiimi bəzi türkdilli ölkələrində və Ərdəbil, Təbriz və Astara şəhərlərində səhnələşəcək.