Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfər azadlığa buraxıldı
-
Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfər azadlığa buraxıldı
Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb. Bu barədə Nardaran sakini Natiq Kərimov məlumat verib.
Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında tanınmış ilahiyatçı Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada 15 və 30 sutkalıq həbsə məhkum olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.
N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.
Xatırladaq ki, Ataməli Nur da daxil olmaqla azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.(faktxeber.com)