Azərbaycan və İranın nəqliyyat işçi qrupunun iclası Bakıda keçiriləcək
-
Azərbaycan və İranın nəqliyyat işçi qrupunun iclası Bakıda keçiriləcək
Azərbaycan və İran nəqliyyat işçi qrupunin iclası 12 yanvarda Bakıda keçiriləcək.
Azərbaycanın Dövlət Dəmiryolu İdarəsinin rəisi Cavid Qurbanov bu barədə deyib: Bu iclasın iş gündəmində duracaq əsas mövzu İrandan yüklərin Azərbaycan yolu ilə Rusiya və Avropaya nəql edilməsi olacaq.
İran və Azərbaycanın 10-cu müştərək iqtisadiyyat forumunda müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsi üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə olunmuşdu. Bu forum 21 dekabrda Tehranda keçirilmişdi.
Şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi işlərinin sürətləndirilməsi, o cümlədən Azərbaycan və İran dəmiryol şəbəkəsinin bir-birinə birləşdirilməsi, iki ölkənin sərhəd məntəqəsində dəmiryolu körpüsünün inşa edilməsi, Biləsuvar və Astara sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi Tehran iclasında diqqət mərkəzində saxlanılan mövzular olub.