Jurnalist polis bölməsinə aparılıb
Jurnalist Samir Mirzə Bakının Binəqədi rayon 4 cü polis bölməsinin əməkdaşları tərəfindən sorğu məqsədi ilə adı çəkilən bölməyə dəvət olunub. Bu barədə jurnalistin yaxınları məlumat veriblər.
Cümə günü yanvarın 8-də axşam saatlarında polis əməkdaşları jurnalistin yaşadığı ünvana gəliblər. Jurnalist evdə olmadığından polis əməkdaşları bölməyə gəlmələrini söyləyərək gediblər. Bir neçə saat sonra valideynləri ilə bölməyə gedən Samir Mirzə hələ də sərbəst buraxılmayıb.
Xatırladaq ki, bir müddət əvvəl də Samir Mirzə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Qeyd edək ki, Samir Mirzə bir müddət əvvəl Azadxeber.az saytının əməkdaşı olub. Saytın baş redaktoru Nicat Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar Nicat Əliyevi vicdan məhbusu olaraq tanıyıblar.