Qarabağda xarici sərmayə ilə 160 şirkət qeydiyyatdan keçib
https://azeri.sahartv.ir/news/azərbaycan-i203673-qarabağda_xarici_sərmayə_ilə_160_şirkət_qeydiyyatdan_keçib
Qərb şirkətləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə sərmayə qoyuluşunu davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2016 10:26 Asia/Baku
  • Qarabağda xarici sərmayə ilə 160 şirkət qeydiyyatdan keçib
    Qarabağda xarici sərmayə ilə 160 şirkət qeydiyyatdan keçib

Qərb şirkətləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə sərmayə qoyuluşunu davam etdirirlər.

Statistik məlumatlara görə, 160 xarici şirkət Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən Qarabağda investisiya qoyub.

Qondarma Qarabağ Respublikasının iqtisadiyyat naziri Andranik Xaçaturyan Nyus.am informasiya portalı ilə müsahibədə 2015-ci il üçün Qarabağın iqtisadi vəziyyəti barədə deyib: Ötən 10 ildə 13 su elektrik stansiyasının quraşdırılması üzrə uzunmüddətli layihənin icrasına başlanılıb və bu məntəqənin elektrik enerjisi istehsalı həcmi 6 dəfə artıb.

Andranik Xaçaturyan həmçinin, işğal altında olan Qarabağda sərmayə qoyuluşu üçün güzəştələrin nəzərdə tutulduğuna işarə edib və deyib: Maliyyə sistemində aparılan islahatlar hesabına xarici investorların Azərbaycanın işğal edilmiş ərazilərində sərmayə qoyuluşuna maraqları artıb.

Qondarma rejimin iqtisadiyyat nazirinin dediyinə görə, hal hazırda Azərbaycanın işğal edilmiş ərazilərində 160 xarici şirkət qeydiyyatdan keçib. Bu şirkətlər əsasən sənaye və rabitə sahəsində fəaliyyət göstərirlər.

Mütəxəssislər xarici şirkətlərin Azərbaycanın işğal edilmiş ərazilərində xarici sərmayə qoyuluşunu iki prizmadan araşdırılası hesab edirlər. Birincisi Qarabağ və Azərbaycanın digər işğal edilmiş əraziləri müharibə zonası sayılır və hər an tərəflər arasında hərbi toqquşmanın baş verməsi ehtimalı mövcuddur. Xüsusilə ötən bir ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşmaların intensiv hal alması və tərəflərin bir-birilərinə qarşı təhdidlər səsləndirməsi xeyli artıb. Belə bir şəraitdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində xarici sərmayə qoyuluşunun artması diqqətdən kənarda qala bilməz. İkinci məsələ isə, Qərb şirkətlərinin Azərbaycan dövlətinin etirazlarına laqeyd yanaşmalarıdır. Belə ki, Azərbaycan h ökuməti işğal edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərin cəzalandırılacaqlarını bildirsə də, Qərb və Rusiya şirkətləri ötən 10 ildə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərməyə başlayıblar. Bu arada Amerika, Fransa və Rusiya diplomatları dəfələrlə işğal edilmiş ərazilərə səfər ediblər ki, bu da Azərbaycan hökumətinin etirazlarına səbəb olub. Bu məsələ, Qarabağ münaqişəsinin həllində vasitəçi olan Minsk qrupunun həmsədr ölkələrinin Qarabağ məsələsinin həllində o qədər də maraqlı olmadığına və Azərbaycanın milli maraqlarının, ərazi bütövlüyünün və milli hakimiyyətinin təmin edilməsinə laqeyd münasibət bəsləməsinə dəlalət edir.