Lənkəranda etiraz aksiyası
Yan 13, 2016 10:52 Asia/Baku
-
Lənkəranda etiraz aksiyası
Liman şəhərinin sakinləri qiymətlərin və işsizliyin artmasına etiraz edirlər.
Yanvarın 12-də günün birinci yarısında Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayaraq qiymətlərin qalxmasına etiraz ediblər.
Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib. İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edir.