Bakıda İran, Azərbaycan, Gürcüstan və Ukrayna arasında 2 əməkdaşlıq sənədi imzalandı
-
Bakıda İran, Azərbaycan, Gürcüstan və Ukrayna arasında 2 əməkdaşlıq sənədi imzalandı
İran İslam Respublikası, Azərbaycan Respublikası, Ukrayna və Gürcüstanın iştirakı ilə Bakıda keçirilən müştərək iclasda nəqliyyat və yüklərin daşınması sahəsində iki əməkdaşlıq sənədi imzalanıb.
Şimal-cənub iqtisadi dəhlizi ilə bağlı keçirilən bu bir günlük iclasın sonunda ilk öncə dəmir yolu idarələrinin başçıları daha sonra isə liman və dənizçilik təşkilatı və şirkətlərinin başçıları arasında dörd tərəfli əməkdaşlıq sənədi imzalanıb. Bu sənəd Hindistan limanlarından Qara dəniz limanlarına qədər yüklərin daşınması barədə əməkdaşlıqları əhatə edir.
İranın dəmir yolu idarəsinin icraçı direktoru Möhsün Purseyid Ağayi bu barədə deyib: təyin olunmuş yeni taarifə əsasən dəniz limanları və dəmir yolları vasitəsilə ilə yüklərin daşınması üçün vahid rüsum nəzərdə tutulub və Hindistanın Bəmbəyi limanından Gürcüstanın Kuta limanına kimi hər bir kanteyner üçün daşınma haqqı 2200 dollar təyin edilib.
O, İran və Azərbaycan arasında da ikitərəfli bir əməkdaşlıq sənədinin imzalanmasından xəbər verib və deyib: Bu əməkdaşlıq sənədinə əsasən cari ilin Novruz bayramına kimi Tehran-Naxçıvan və əks istiqamətdə dəmir yolu reysinin açılması nəzərdə tutulub. Həmçinin, Azərbaycan Respublikası yüklərin daşınması məqsədi ilə İrana qatar vaqonları icarəyə verəcək.
Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sədri Cavid Qurbanov da iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsindən razılıq edib və deyib: İki dost və qardaş ölkə olan İran və Azərbaycan iki ölkə başçılarının qərarları əsasında bu gün çox yaxşı münasibətlərə və iqtisadi əlaqələrə malikdirlər. Və şimal-cənub iqtsadi dəhlizinin aktivləşdirilməsinin önəmini nəzərə alaraq, bu sənədin imzalanması ilə gələcəkdə yüklərin daşınması və tranzit yolu ilə yaxşı gəlirlərin daxil olmasının şahidi olacağıq.