Hövsanlılar bir həftə vaxt verdilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i204501-hövsanlılar_bir_həftə_vaxt_verdilər
Kənd sakinləri tələblərinin yerinə yetirilməsi üçün bir həftə vaxt verdi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2016 14:49 Asia/Baku
  • Hövsanlılar bir həftə vaxt verdilər
    Hövsanlılar bir həftə vaxt verdilər

Kənd sakinləri tələblərinin yerinə yetirilməsi üçün bir həftə vaxt verdi

Yanvarın 17-də, saat 11 radələrində Bakının Hovsan qəsəbəsinin sakinləri işsizlik, sosial problemlərlə bağlı aksiya keçiriblər. Onlar avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar.

Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi, icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon İcra Hakimiyyətinə yollanıblar. Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar.

Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb.