Əliyev İrana qarşı sanksiyaların ləğvi münasibətilə İran prezidentini təbrik edib
-
Əliyev İrana qarşı sanksiyaların ləğvi münasibətilə İran prezidentini təbrik edib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev cümə axşamı günü İran prezidenti Həsən Ruhani ilə telefon söhbətində İrana qarşı sanksiyaların ləğvi münasibətilə onu təbrik edib.
Azərbaycan Respublikası Prezident Aparatının Mətbuat Şöbəsinin məlumatına görə, Əliyev bu telefon söhbətində İranın dövləti və xalqına uğur diləyərək, deyib: Azərbaycan Respublikası daim bu sanksiyalarla müxalif olub və dəfələrlə özünün bu barədəki mövqeyini rəsmi şəkildə bildiribdir.
Bu məlumata görə, Əliyev İrana qarşı sanksiyaların ləğvindən şad olduğunu bildirib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani də bu söhbətdə öz azəri həmkarından razılıq edərək, qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
İki ölkənin prezidentləri bu telefon söhbətində investisiya layihələrinin icrası və Astara-Astara dəmiryolu xəttinin inşası daxil olmaqla iki ölkənin dəmiryolu xəttlərinin qovuşması, həmçinin enerji məsələrində, eləcə də müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivlərini araşdırıblar.