Prezident İlham Əliyev: “Manatın məzənnəsi ədalətlidir”
Yan 22, 2016 07:09 Asia/Baku
-
Prezident İlham Əliyev: “Manatın məzənnəsi ədalətlidir”
“Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik”. Bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Manatın məzənnəsinə gəlincə, düşünürəm ki, biz artıq əlimizdən gələni etdik. Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkəcək. Hazırkı manatın məzənnəsi ədalətlidir və öz yerini tapıb”, - deyə Əliyev qeyd edib.
Azərbaycan R. şəhərlərində qiymətlərin bahalaşmasına xalq etirazları davam edir. Qiymətlərin qalxmasına etiraz edənlərdən altmış nəfər həbs olunubdur ki, onların əksəriyyəti müxalif partiyaların üzvlərindəndir.
Teqlər