Azərbaycan Minsk qrupunun fəaliyyətlərini alqışladı
-
Azərbaycan Minsk qrupunun fəaliyyətlərini alqışladı
Azərbaycan Milli Məclisinin üzvü Minsk qrupunun fəaliyyətlərini müsbət dəyərləndirib.
Trend bildirir ki, Azərbaycan Milli Məclisinin üzvü və Azərbaycanın AŞPA-dakı nümayəndəsi Azay Quliyev jurnalistlər qarşısında deyib: Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsinin həllində yeganə qanuni instansiyanın bu qrum olması barədə bir bəyanat yayıblar.
Azay Quliyev həmçinin deyib: Minsk qrupu həmsədrləri öz müştərək bəyanatlarında Qarabağ münaqişəsinin həlli istiqamətində olan bütün müsbət addımları himayə etdiklərini və münaqişənin həllinə kömək etmək məqsədi ilə əməkdaşlıqlarını davam etdirməyə hazır olduqlarını bildiriblər. Amma, Ermənistan bu bəyanatla bağlı öz narazılığını gizlətməyib.
Xatırladaq ki, AŞPA-nın qış sesiyası bazar ertəsi günü, 25 yanvarda keçiriləcək. Ermənistan əleyhinə iki qətnamənin bu iclasda araşdırılması nəzərdə tutulur. Qətnamələrdən biri Azərbaycanın işğal edilmiş ərazilərində kobudluqların artması, digəri isə Azərbaycanın sərhəd sakinlərinin bilərəkdən su qaynaqlarından məhrum edilməsidir.