Azərbaycan AŞPA ilə əlaqələrin genişlənməsini vurğulayır
-
Azərbaycan AŞPA ilə əlaqələrin genişlənməsini vurğulayır
Azərbaycan Respublikası xarici işlər naziri Avropa Şurası Parlament Assambleyası ilə ikitərəfli əməkdaşlıqların genişlənməsini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Elmar Məmmədyarov AŞPA-nın parlament assambleyası rəhbərinin müavini George Tsereteli ilə görüşdə deyib: İki təərf ikitərəfli əməkdaşlıqların güclənməsi və genişlənməsinə ehtiyaclıdır.
Elmar Məmmədyarovun AŞPA ilə əlaqələrin genişlənməsini vurğulaması ilə yanaşı qeyd edək ki, 2015-ci ilin noyabrında Azərbaycan Respublikası parlament seçkilərində müşahidəçilərin sayında məhdudiyyət gərginliyə səbəb oldu və AŞPA da bu seçkilərə nəzarətdən imtina etdi.
Azərbaycan Respublikasının Avropa qurumları və dövlətləri ilə ötən bir ildəki gərginlikləri fonunda qeyd edək ki, rəsmi Bakı Avropa ölkələri qarşısında yeni siyasəti gündəminə salmışdır.