Azərbaycan Minsk qrupunun vasitəçiliyindən narazılıq edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i205585-azərbaycan_minsk_qrupunun_vasitəçiliyindən_narazılıq_edib
Azərbaycan ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyindən narazılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2016 12:53 Asia/Baku
  • Azərbaycan Minsk qrupunun vasitəçiliyindən narazılıq edib
    Azərbaycan Minsk qrupunun vasitəçiliyindən narazılıq edib

Azərbaycan ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyindən narazılıq edib.

CBC telekanalının verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Minsk qrupunun son açıqlamasına reaksiya olaraq, bir daha bu qrupun fəaliyyətlərini tənqid edib.

Minsk qrupu son zamanlar Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı 2 hesabatı o cümlədən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində gərginliyi artırması və sərhəd kəndlərinin içməli suyunun Ermənistan tərəfindən kəsilməsi hesabatlarını müzakirəyə çıxartmağa səy göstərməsini tənqid edib.

Azərbaycan XİN sözçüsü Minsk qrupunun belə bir mövqedən çıxış etməsini Qarabağ münaqişəsinin həllinin inhisara alınması adlandırıb və tənqid edib.

Hikmət Hacıyev deyib: Minsk qrupu Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı işğalçılığa son verməsi və işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini geri çəkməsi ilə bağlı 4 qətnaməsinin icrasını təmin etməli olduğunu vurğulayıb.