Bakıda NATO-nun təlim-məşqləri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i205636-bakıda_nato_nun_təlim_məşqləri_başlanıb
NATO-nun Azərbaycan Respublikası hərbçiləri üçün təlim-məşqləri başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2016 05:58 Asia/Baku
  • Bakıda NATO-nun təlim-məşqləri başlanıb
    Bakıda NATO-nun təlim-məşqləri başlanıb

NATO-nun Azərbaycan Respublikası hərbçiləri üçün təlim-məşqləri başlanıb.

Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İctimai Əlaqələr Şöbəsi bildirib ki, NATO-nun təlim-məşqləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Məşq Mərkəzində keçirilir.

Bu məlumata görə, NATO-nun səyyar təlim qrupunun ekspertləri Azərbaycan Respublikasının silahlı qüvvələrinin zabitlərinə müxtəlif mövzular, o sıradan elektron informasiyalar mənbələri, əməliyyat imkanları siyahısı və dəniz qüvvələrinin strateji fəaliyyətləri barədə təlim keçirlər.

NATO-nun Azərbaycan Respublikasındakı təlim-məşqləri yanvarın 28-dək davam edəcək.

Azərbaycan Respublikası dövlətinin NATO ilə əlaqələri son illərdə ikitərəfli həmkarlıq proqramları çərçivəsində genişlənməkdədir.