Azərbaycan Respublikasında islamçıların həbsi davam edir
Yan 27, 2016 08:43 Asia/Baku
-
Azərbaycan Respublikasında islamçıların həbsi davam edir
Azərbaycan Respublikası dövlətinin islamçılara qarşı siyasətlərinin davamında Azərbaycan Respublikası İslam Partiyasının sabiq sədr müavini həbs olunub.
İslam-Azeri saytının məlumatına görə, İnqilab Əhədli çərşənbə axşamı günü Azərbaycan Respublikasının cənubunda yerləşən Salyan şəhərindəki mənzilində həbs olunaraq, naməlum məkana köçürülüb.
İnqilab Əhədlinin Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbsinin səbəbi elan olunmayıbdır.
Qeyd edək ki, İnqilab Əhədli Azərbaycan Respublikası İslam Partiyası sədrinin sabiq əvəzi- Elçin Manafovun başçılığı dövründə bu partiyanın birinci sədr müavini idi.