''Human Rights Watch'' Azərbaycanla bağlı hesabat yaydı...
-
''Human Rights Watch'' Azərbaycanla bağlı hesabat yaydı...
Hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası onları pərən-pərən salıb...
Aparıcı hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlər siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.
«Human Rights Watch» təşkilatının insan haqları ilə bağlı illik hesabatının Azərbaycanla bağlı hissəsində belə deyilir.
Hesabatda bildirilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları hökumət tənqidçilərinin mühakimə olunmasından, tüğyan edən geniş repressiya mühitindən narahatlıqlarını ifadə etsələr də, irəliləyişin olması üçün, belə görünür, onlar konkret tədbirlər görməlidirlər. Azərbaycan iyun ayında 1-ci Avropa Oyunlarına ev sahibliyi edib. Lakin Olimpiya Xartiyasının media azadlığı və insan ləyaqəti üzrə təminatlarına hörmət etməyib.