Bakı Dünya Bankından təcili kredit ayırmasını istədi
https://azeri.sahartv.ir/news/azərbaycan-i205834-bakı_dünya_bankından_təcili_kredit_ayırmasını_istədi
Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan təcili olaraq 4 milyard dollar kredit ayırmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2016 13:52 Asia/Baku
  • Bakı Dünya Bankından təcili kredit ayırmasını istədi
    Bakı Dünya Bankından təcili kredit ayırmasını istədi

Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan təcili olaraq 4 milyard dollar kredit ayırmasını istəyib.

İRİB-nin APA-ya istinadla verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondunda bir məlumatlı mənbə "Faynanşial Tayms"a bildirib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollar təcili kreditin ayrılması barədə danışıqlar aparır.

Elə bu məqsədlə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı rəsmiləri cari yanvar ayının 28-dən fevral ayının 4-nə kimi Azərbaycanda səfərdə olacaqlar.

Bu mənbə həmçinin deyib: Bu məbləğ, neftin ucuzlaşmasından qaynaqlanan böhran ilə mübarizə aparmaq üçün Azərbaycana ayrılan yardımın ilk hissəsidir.