İran; Azərbaycanın səhiyyə turizminin ünvanı
-
İran; Azərbaycanın səhiyyə turizminin ünvanı
İran İslam Respublikasının Bakıdakı səfirliyinin iqtisadiyyat attaşesi deyib: İran müxtəlif ölkələr o cümlədən Azərbaycan üçün səhiyyə turizminin başlıca ünvanıdır.
İRİB-nin verdiyi məlumata görə, Məhəmməd İbrahimi deyib: Hər il bir milyona yaxın azərbaycanlı İrana səfər edir. Onların böyük bir hissəsi müalicə məqsədi ilə İrana səfər edir.
M.İbrahimi əlavə edib: Tehran ilə yanaşı, İranın Azərbaycan ilə sərhəd vilayətləri o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətləri, Gilan və Ərdəbil, coğrafi və mədəni baxımdan Azərbaycana yaxın olmasına habelə, münasib səhiyyə və müalicə mərkəzlərinə malik olmasına görə, ötən 10 il ərzində davamlı olaraq Azərbaycan və Naxçıvan əhalisi üçün səhiyyə turizminin başlıca ünvanı olub.
Hal hazırda İranın səhiyyə turizmi üzrə illik payı 400-500 milyon dollardır. Bu məbləğ məqsədyönlü proqramların icra edilməsi ilə bir neçə dəfə artırılasıdır.