AİP Baş Məclisinin növbəti iclası keçirildi
-
AİP Baş Məclisinin növbəti iclası keçirildi
Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib.
İslaminSesi xəbər verir ki, partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər olub.
İclasda çıxış edən AİP-in sədr müşaviri Akif Heydərli ölkədə və dünyada baş verən siyasi hadisələrdən danışdı.
Manatın devalivasiyasının ölkənin iqtisadi durumunu daha da ağır vəziyyətə saldığını söyləyən Akif Heydərli, “milli valyutamızın iki dəfə devalivasiyaya məruz qalması insanların həyatını iflic vəziyyətə salıb. Bunu bir sıra hallarda dünyada baş verən proseslərlə əlaqələndirməyə çalışırlar, amma yanlış bir yanaşmadır. Əslində ölkənin vəziyyəti normal olan zamanlarda, qeyi-neft sektorunun lazımı formada inkişaf etdirilməməsi və daxili istehsalat zəifliyi hazırkı dövrdə mövcud situasiyanı yaradıb” - deyə bildirdi: ”Eyni halda baş verənləri ölkədə geniş yayılmış korrupsiya və rüşvətxorluğun nəticəsi kimi də dəyərləndirmək olar.“
İclasın davamında çıxış edən digər iştirakçılar görülən işlərdən, gələcək planlardan danışaraq, irad və təkliflərini səsləndirdilər.