Azərbaycan müdafiə naziri işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsini vurğulayıb
Fev 01, 2016 11:09 Asia/Baku
-
Azərbaycan müdafiə naziri işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsini vurğulayıb
General Zakir Həsənov: Azərbaycan ordusu Qarabağ münaqişəsinin hərbi yolla nizamlanmasına qadirdir.
Trend-in məlumatına görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün Azərbaycanda Gənclər Günü münasibəti ilə keçirilən mərasimdə deyib: Azərbaycan tezliklə öz ordusunun qüdrətini Ermənistana göstərmiş olacaq.
General Həsənov həmçinin deyib: Azərbaycan işğalçı Ermənistan ordusunu öz torpaqlarından çıxartmağa hazırdır və tezliklə işğal altında olan torpaqlar Azərbaycan ordusu tərəfindən azad ediləcək və bu ölkənin bayrağı yenidən həmin torpaqlarda dalğalandırılacaq.