Azərbaycan hökuməti ölkədəki iqtisadi böhrana etinasızdır
Azərbaycan Respublikasının maliyyə naziri bu ölkə vətəndaşlarının banklara olan kredit və borclarının zamanında və tezliklə ödəmələrinin zəruriliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının talışdilli radiosuna istinadla verdiyi məlumata görə, Samir Şərifov deyib: Azərbaycan Respublikası bankları xeyriyyə müəssisələri deyillər və vətəndaşlar qanuna əsasən öz borclarını ödəməlidirlər.
Şərifov bəzi iqtisadçı ekspertlərin Azərbaycan Respublikası hökuməti və parlamentinin bu ölkədə iqtisadi böhranın həlli üzrə etinasızlığı ilə bağlı son tənqidlərinə reaksiyada deyib: İctimai gözləntilərin əksinə olaraq hökumət bankların məsələlərində müdaxilə etmək niyyətində deyildir.
Məlumatlara görə, rəsmi Bakı ölkənin xüsusi bölgələrinə kredit və maliyyə yardımları, eləcə də xüsusi qruplara kreditlərin verilməsində xüsusi imtiyazlar verərək seçimli şəkildə addım atır.
Qeyd edək ki, neftin qiymətinin ucuzlaşması və Azərbaycan Respublikasında manatın devalvasiyası hazırda rəsmi Bakının qarşısında duran böyük iqtisadi və ictimai böhranlara çevrilmişdir.