Azərbaycan Ermənistana xəbərdarlıq etdi
-
Azərbaycan Ermənistana xəbərdarlıq etdi
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan ilə mövcud olan münaqişə üçün hərbi həll yolu seçiminin olduğunu və Azərbaycan silahlı qüvvələrinin buna hazır olduğunu bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Hikmət Hacıyev çərşənbə günü Ermənistana xəbərdarlıq edərək, Azərbaycan silahlı qüvvələrinin istənilən növ təhrikedici hərəkəti cavablandırmağa hazır olduğunu bildirib.
H.Hacıyev deyib: Azərbaycan Ermənistan ordusunu işğal edilmiş ərazilərdən geri çəkilməyə məcbur edəcək hərbi qüdrətə malikdir. Buna baxmayaraq, gücdən istifadə etməyə tələsmir və səbirli davranır. Amma, səbrin də həddi var.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin işğal edilmiş əraziləri azad etmək və Ermənistan ordusunu bu ərazilərdən geri çəkilməyə məcbur etmək üçün kifayət qədər hərbi hazırlığa malik və bundan yaranacaq xərcləri ödəməyə qadir olduğunu vurğulayıb.
Defens Nyus saytının yazdığına görə, Azərbaycan 2016-cı il üçün dövlət budcəsində müdafiə xərcləri üçün 1.2 milyard dollar vəsait nəzərdə tutmaq qərarına gəlib. Bu məlumata görə, Azərbaycan bununla öz hərbi qüdrətini daha da artırmaq və Qarabağ münaqişəsinin həllində bundan faydalanmaq istəyir.