Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfər edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i206626-azərbaycan_prezidenti_İlham_Əliyev_böyük_britaniyaya_səfər_edib
İlham Əliyev Londonda keçiriləcək “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədi ilə Böyük Britaniyada səfərdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2016 09:51 Asia/Baku
  • Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfər edib
    Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfər edib

İlham Əliyev Londonda keçiriləcək “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədi ilə Böyük Britaniyada səfərdədir.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak edəcək.

“Suriyaya və regiona dəstək” konfransı bu gün cümə axşamı Londonda işə başlyaır.

Bu iclasda 70-dən çox ölkənin dövlət başçıları, yüksək səviyyəli rəsmiləri, beynəlxalq qurum və təşkilatların rəhbərləri və beynəlxalq şirkətlərin direktorları iştirak edirlər.

Lodon iclasında suriyalı didərginlər üçün yardımların toplanması məsələsi araşdırılacaq.