Minsk Qrupu həmsədrləri Qafqaza səfər edirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i206644-minsk_qrupu_həmsədrləri_qafqaza_səfər_edirlər
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu qrupun həmsədrlərinin yaxın günlərdə Qafaqz məntəqəsinə səfər edəcəklərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2016 11:15 Asia/Baku
  • Minsk Qrupu həmsədrləri Qafqaza səfər edirlər
    Minsk Qrupu həmsədrləri Qafqaza səfər edirlər

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu qrupun həmsədrlərinin yaxın günlərdə Qafaqz məntəqəsinə səfər edəcəklərindən xəbər verib.

APA-nın məlumatına görə, Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb: Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrədə görüşmələrindən bəri Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımların atılması xüsusunda danışıqların davam etdirilməsi üçün Minsk qrupu həmsədrləri yenidən məntəqəyə səfər edəcəklər.

C. Uorlik həmçinin deyib: regionda sülhün bərqərar edilməsi üçün müzakirələrin aparılması zəruridir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri 19 dekabrda İsveçrənin paytaxtı Bern şəhərində görüşüb, danışıqlar aparmışdılar. Amma, bu danışıqlarda hansısa qəti bir nəticə əldə edilməmişdi.