Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaydı
https://azeri.sahartv.ir/news/azərbaycan-i206683-azərbaycan_müdafiə_nazirliyi_bəyanat_yaydı
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq azərbaycanlı hərbçilərin erməni qeyri-hərbçilərə atəş açması barəsində rəsmi İrəvanın iddialarını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2016 14:22 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaydı
    Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaydı

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq azərbaycanlı hərbçilərin erməni qeyri-hərbçilərə atəş açması barəsində rəsmi İrəvanın iddialarını təkzib edib.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün bildirib: Rəsmi İrəvanın azərbaycanlı hərbçilərin Qarabağda yaşayış massivlərində erməni avtomobilə atəş açması barəsindəki iddiası həqiqəti əks etdirmir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmçinin bildirib: Ermənistan hərbçilərinin cəbhə xəttində atəş açmaları nəticəsində bir azərbaycanlı hərbçi həlak olub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə başlanıb.

1994-cü ildə tərəflər arasında atəşkəsin bərqərar olunmasına baxmayaraq, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi bu münaqişənin dinc yolla həlli ilə nəticələnməmişdir.