Günəşli neft yatağında yanğın tamamilə söndürülüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İctimai Əlaqələr Şöbəsi 68 gündən sonra Günəşli neft yatağında yanğının tamamilə söndürülməsindən xəbər verib.
Modern.az saytının məlumatına görə, SOKAR(SOCAR)-ın İctimai Əlaqələr Şöbəsi bildirib ki, 2015-ci il dekabrın dördündə başlanmış Xəzər dənizindəki Günəşli neft yatağında yanğın fevralın onunda söndürülüb.
Bu məlumata görə, 2015-ci il dekabrın dördündə şiddətli tufan və eyni zamanda Azərbaycan Respublikasının Xəzər dənizindəki on saylı platformasında partlayışın baş verməsi nəticəsində bu platformanın qaz borularından biri partladı və yanğınla nəticələndi.
Bəzi məlumatlara görə, yanğın qaz kəmərinin işdən düşməsi nəticəsində baş verib və şiddətli külək və uca dalğalar yardım çatdırmanı problemlə üzləşdiribdir.
"Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi" adlı müstəqil qrup bildirib ki, bu platformanın otuz iki fəhləsi yanğında həlak olub və qırx iki nəfər isə xilas olubdur.
SOKAR hələ bu rəqəmləri təsdiq etməyibdir.