Azərbaycanın qeyri-neft sektorunda investisiya güclənəcək
-
Azərbaycanın qeyri-neft sektorunda investisiya güclənəcək
Azərbaycan qəzeti yazıb: Dünya iqtisadiyyatı təlatümlü dövrü təcrübə edir. Bu böhran Rusiya və qərb arasında yaranan gərginlikdən qaynaqlanıb. Onun acı nəticəsi neftin süni şəkildə qiymətinin ucuzlaşması olmuşdur. Bu məsələ neftdən asılı olan ölkələrdən bir qrupunun iqtisadiyyatını güclü şəkildə təsiri altına almışdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan qəzeti yazır: Azərbaycan Respublikası bu böhranla mübarizə üçün bir müddət öncədən addımlar atmışdır. Hökumətin qərarı budur ki, iqtisadiyyatın neftdən asılılığını azaltsın və ölkənin qeyri-neft sektorunu genişləndirmək üçün çoxlu investisiya cəlb etsin.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə əsaslı ehtiyatların genişlənməsi sahəsində özəl sektora çoxlu sadələşdirmələr verilmişdir. İnvestisiyaların 73,5%-i inşaat sektorunda olmuş və onun 56%-ni yerli investorlar təşkil etmişlər.
Məlumata görə, ötən ildə xarici investisiyaların 81,1% İngiltərə, Türkiyə, Yaponiya, Norveç, İsveçrə, Rusiya, İran, Malayziya və Amerikaya aid olmuşdur.
Bu qəzet əlavə edir: Ötən 12 ildə 1 milyard 700 milyon manat kredit xüsusi imtiyazlarla özəl sektora ödənmişdir.