Azərbaycan ordusunda itki
-
Azərbaycan ordusunda itki
Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.
Kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib.
Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər.
Daha sonra yaylım atəşə açılıb, şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, Elmir Zeynalov ailənin tək oğul övladı olub.