Moskvada Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə dair dəyirmi masa keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i207805-moskvada_rusiya_azərbaycan_ikitərəfli_münasibətlərinə_dair_dəyirmi_masa_keçirilib
Moskvadakı Azərbaycan İcması Evində "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər: müasir mərhələdə problemlər və əməkdaşlığın perspektivləri" adlı dəyirmi masa keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunan tədbir 10 fevral tarixində Rusiyada qeyd olunan Diplomatiya gününə həsr olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2016 10:17 Asia/Baku
  • Moskvada Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə dair dəyirmi masa keçirilib
    Moskvada Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə dair dəyirmi masa keçirilib

Moskvadakı Azərbaycan İcması Evində "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər: müasir mərhələdə problemlər və əməkdaşlığın perspektivləri" adlı dəyirmi masa keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunan tədbir 10 fevral tarixində Rusiyada qeyd olunan Diplomatiya gününə həsr olunub.

Tədbirdə Rusiya İctimai Palatasının üzvləri, ictimai xadimlər, Azərbaycan diasporunun gənc fəalları iştirak ediblər.

Rusiya İctimai Palatasının üzvü, Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Rusiya Azərbaycan münasibətlərindən söz açaraq, iki ölkə arasında turizm, biznes və kənd təssərüfatı sahələrin inkişafının vacibliyi və perspektivlərini vurğulayıb. "Rusiya-Azərbaycan münasibətlərinin uzun tarixi mövcuddur. Bu münasibətlərin ilk illəri kifayət qədər kritik başlamışdır. Lakin Vladimir Putin hakimiyyətə gələndən sonra iki dövlət arasında münasibətlər yeni pozitiv səviyyədə inkişaf edir".

Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, Avrasiya Birliyi Təşkilatının İdarə Heyətinin üzvü Darya Qrivtsova Azərbaycan ilə bağlı təəssüratlarını bölüşüb.

Darya Qrivtsova Rusiya KİV-lərinin Azərbaycanda baş verən maraqlı hadisələri geniş işıqlandırmadıqlarını təəssüflə qeyd edib: "Əlbəttə ki, burada erməni faktoru da mühüm rol oynayır. Sirr deyil ki, erməni diasporu Rusiya KİV məkanında böyük imkanlara malikdir".

Siyasi Araşdırmalar İnstitutunun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov isə müasir mərhələdə Rusiya-Azərbaycan münasibətlərindən danışıb.