Azərbaycan nefti 4,52% ucuzlaşıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i208141-azərbaycan_nefti_4_52_ucuzlaşıb
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,54 dollar, yaxud 4,52% ucuzlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 10:22 Asia/Baku
  • Azərbaycan nefti 4,52% ucuzlaşıb
    Azərbaycan nefti 4,52% ucuzlaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,54 dollar, yaxud 4,52% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 32,54 dollara düşüb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.