Elmar Məmmədyarov: Rusiya və Türkiyə arasındakı hazırkı böhran Azərbaycan üçün xoşagəlməzdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i208222-elmar_məmmədyarov_rusiya_və_türkiyə_arasındakı_hazırkı_böhran_azərbaycan_üçün_xoşagəlməzdir
Azərbaycan xarici işlər naziri Rusiya və Türkiyə münasibətlərində yaşanan hazırkı böhranın Azərbaycan üçün xoşagəlməz olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2016 09:51 Asia/Baku
  • Rusiya və Türkiyə arasındakı hazırkı böhran Azərbaycan üçün xoşagəlməzdir
    Rusiya və Türkiyə arasındakı hazırkı böhran Azərbaycan üçün xoşagəlməzdir

Azərbaycan xarici işlər naziri Rusiya və Türkiyə münasibətlərində yaşanan hazırkı böhranın Azərbaycan üçün xoşagəlməz olduğunu bildirib.

CBC telekanalının verdiyi məlumata görə, Elmar Məmmədyarov "The Business Year" jurnalı ilə müsahibədə deyib: Azərbaycan Türkiyə və Rusiya ilə bütün sahələrdə aktiv əlaqələrə malikdir və Bakı Moskva və Ankara ilə əlaqələrini daha da möhkəmləndirmək istəyir.

E.Məmmədyarov Türkiyə və Rusiyanı Azərbaycanın strateji müttəfiqlərindən adlandırıb və deyib: Bu əlaqələr dərin keçmişə malikdir. İndiyə kimi tərəflər arasında bir çox sənədlər imzalanıb və davamlı olaraq yüksək səviyyəli rəsmilər səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir.

Azərbaycan xarici işlər naziri həmçinin, Türkiyə və Rusiyanın Qafqaz məntəqəsində sülh və sabitliyin qorunmasında mühüm adlandırıb və deyib: Hazırda iki ölkə əlaqələrinin mövcud durumu Azərbaycan üçün münasib sayılmır.

Elmar Məmmədyarov daha sonra Azərbaycanın Rusiya və Türkiyə arasında yaxşı əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və deyib: Ümidvaram birgə səylər nəticəsində Moskva və Ankara münasibətləri yenidən adi məcraya geri dönsün.