Rəsmi Bakı: Terrorizm əleyhinə koalisiyaya qoşulmaq niyyətində deyilik
-
Rəsmi Bakı: Terrorizm əleyhinə koalisiyaya qoşulmaq niyyətində deyilik
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə deyib: Azərbaycan terrorizmə qarşı koalisiyaya qoşulmaq niyyətində deyil.
Trend İnformasiya Agentliyinin məlumatına görə, Elmar Məmmədyarov Türkiyədəki terror aktını pisləyərək əlavə edib: Biz hər növ terror aktını pisləyir və düşünürük ki, terrorizmlə mübarizə çox önəmlidir.
Məmmədyarov bildirib: Biz Azərbaycanın terrorizmə qarşı koalisiyaya qoşulması barəsində indiyə qədər qərar verməmişik.
Bu görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Ərdoğanın Bakıya səfərinin ləğv olunmasının səbəbini açıqlayıb.
İki gün öncə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov da Die Press nəşri ilə müsahibədə bildirmişdi ki, Bəşşar Əsəd hazırda Suriya prezidenti olaraq bu ölkənin stabilliyi və ərazi bütövlüyünün yeganə qarantıdır və onun ordusu qanuni bir qurumdur.
Ərdoğanın bu gün Bakıya baş tutmalı olan səfəri Ankara terror aktlarına görə ləğv olunub.